|
Post by leon on Apr 13, 2014 20:35:04 GMT 3
Bakı Dövlət Universiteti 1 sentyabr 1919-cu ildə yaranmış Azərbaycanın ilk Universitetidir. İlk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur. Məşhur həmyerlimiz, Nobel laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdı.
BDU-da 12 ölkədən 400-dən artıq xarici tələbə, magistirant, aspirant, doktorant, satjor təhsil alır.
Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir.
Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, poliklinika, fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.
2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Üniversitetlərin Reytinqində ("University Ranking by Academic Performance") dünyanın ən yaxşı 2000 universitetinin siyahısında Azərbaycandan yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşmışdır.
|
|