|
Post by leon on Apr 14, 2014 22:24:04 GMT 3
ARATTA dövləti Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumudur.
Aratta e.ə. III minilliyin I yarısında Cənubi Azərbaycanın Urmiya gölü ətrafında meydana gəlmişdir. Arattanın hərfi mənası "dağlıq ölkədir". O dövrün ən güclü dövlətləri - Şumerlərlə əlaqəsi olmuşdur. Dövləti "en", "ensi" adlanan hökmdar idarə etmişdir. İrsi hakimiyyət mövcud olmuşdur. Dini çoxallahlılıqdır. E.ə. III minilliyin sonlarına doğru parçalanmış və tarixdə öz missiyasını tamamlamışdır.
|
|