|
Post by leon on Apr 11, 2014 17:23:08 GMT 3
KURTLAR VADİSİ PUSU 221.BÖLÜM HAQQINDA FİKİRLƏRİNİZİ BURDA BÖLÜŞƏ BİLRƏSİNİZ.
|
|
|
Post by leon on Apr 12, 2014 19:04:48 GMT 3
Hamıya salamlar. Bu bölüm orta bir bölüm idi. Nə çox maraqlı, nə də çox sıxıcı... Akiflə Abdulheyin evdən necə çıxacağı onsuzda məlum idi. Həə, bir də Akifin Abdulheyə adı ilə xitab etməsini də gördük. Polat Alemdar axır ki qızına da göründü. Timurun Lumianı reklam etməsi də insanı narahat edirdi. Baltazar vuruldu. Pusat Raskolnla bir yerdə işləməyə başladı. Məncə, Pusat serialın əsas aparıcılarından biri idi. Kara və Timurun Siyah Sancağa keçdikləri təlim maraqlı səhnə idi. Ardının gəlməsini çox istəyirəm. Leyla səhnələri sıxıcı idi. Keçən bölümdən məlum olan Elifin qaçırılacağı bu bölümün axırında baş verdi. Polatın boş və mənasız baxışı ilə də son verildi. Bir də "Nokia Lumian 1020"-nın reklamları üçün çox məntiqsiz səhnələr çəkilir. Məsələn, adi ofisiantın cibindən Lumia çıxır. Həm məntiqsiz, həm də xoş olmayan bir səhnədir. Arzum tezliklə əvvəlki kimi bir konseyin qurulub seriala həyəcan qatmasıdır. İndilik bu qədər. Son olaraq, klassik bir Vadi bölümü idi.
|
|